Antropomorfizm

Antropomorfizm (yun. ανθρωπος insan, μορφή forma) — insana xas olan xassə və xüsusiyyətlərin xarici təbiət qüvvələrinə və başqa varlıqlara aid edilməsi. Hələ Ksenofan antropomorfizmdə dinin xüsusiyyətini görmüşdür. Dində antropomorfizmin əhəmiyyətini Feyerbax daha dərin və daha dolğun göstərmişdir. Antropomorfizm animizm, totemizmlə bağlıdır və müasir dinlərin əksəriyyətinə məxsusdur.